Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbər heyəti Almaniyada səfərdə olub.
Səfər zamanı TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiya (ENQA) və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda iştirak ediblər. 29 ölkədən 30-dan çox agentliyin iştirakı ilə ənənəvi formatda 2 gün davam edən seminarda ENQA-ya tam hüquqlu üzvlük prosesinə hazırlıq mərhələsi, özünütəhlil hesabatının hazırlanması və ENQA-nın qiymətləndirmə metodologiyası barədə məlumat verilib.
Seminar çərçivəsində Ülkər Səttarova Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin icraçı direktoru Doris Hermanla görüşüb. Görüşdə AQAS-ın təhsil proqramlarının akkreditasiyası sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi, bu sahədə mümkün əməkdaşlıqların inkişafı üçün TKTA və AQAS arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər