“AzTU-Turkish Aerospace, MGP 2023” proqramına dinləyici qəbulu elan edilib

“AzTU-Turkish Aerospace, MGP 2023” proqramına dinləyici qəbulu elan edilib Azərbaycan Texniki Universitetinin (AzTU) Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlığı çərçivəsində “AzTU-Turkish Aerospace, MGP 2023” proqramına dinləyici qəbulu elan edilir.
Proqramda universitetin qeydiyyat formasında göstərilən mühəndislik ixtisasları üzrə IV kurs bakalavriat, I və II kurs magistratura və doktorantura səviyyələrində təhsil alan, akademik göstəriciləri yüksək olan tələbələr iştirak edə bilərlər. Namizədlər, həmçinin oktyabrın 31-də proqram hazırlıqları çərçivəsində “AzTU-TUSAŞ əməkdaşlıq: Mühendis Geliştirme Proqramı 2023” mövzusunda təqdimata və açıq qapıya dəvət olunurlar. Dinləyicilərin yekun imtahanı noyabrın 4-də təşkil olunacaq.
İmtahanın nəticələrinə əsasən, dinləyici statusu qazanan bakalavr və magistr tələbələrin təcrübə kreditləri proqramda iştirakla əvəzlənəcək. Həmçinin diplom işlərinin proqramın məzmunu ilə uyğunlaşdırılması üçün müvafiq tövsiyələr veriləcək.
Proqram 2023-cü il fevralın 13-dən iyunun 16-dək davam edəcək.
Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikat təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər