AzTU Rusiyanın Kazan Federal Universiteti ilə ikili diplom proqramı həyata keçirir

AzTU Rusiyanın Kazan Federal Universiteti ilə ikili diplom proqramı həyata keçirir Azərbaycan Texniki Universiteti (AzTU) Rusiyanın Kazan Federal Universiteti ilə ikili diplom proqramı həyata keçirir.
Tələbələr I və II kursu AzTU-da, III və IV kursu isə Kazan Federal Universitetində təhsil alacaqlar. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə hər iki ali məktəbin diplomları təqdim olunacaq.
Xatırladaq ki, AzTU ilə Rusiyanın Kazan Federal Universiteti (Volqa bölgəsi) arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, iki ali təhsil müəssisəsinin iqtisadiyyat, proseslərin avtomatlaşdırılması və nəqliyyat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələri bu proqramdan yararlana bilir.

Tehsil-press.az


Oxşar xəbərlər