İlham Əliyevin posterləri İran küçələrinə vuruldu

İlham Əliyevin posterləri İran küçələrinə vuruldu Son zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar.
Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.
Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub.
Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub.
Artıq Azərbaycan Televiziyasının rəsmi feysbuk hesabında da bununla bağlı paylaşım edilib.
Qeyd edək ki, son aylar bütün müstəvilərdə Azərbaycan – İran arasında gərginlik yaşanır. Ötən gün isə DTX-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

Tehsil-press.az

Oxşar xəbərlər