İsrailin müdafiə naziri: “İsrail İranı vura bilər”

İsrailin müdafiə naziri: “İsrail İranı vura bilər” İsrailin İrana zərbə endirmək imkanı var. Lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq.
Bunu yəhudi dövlətinin müdafiə naziri Beni Qants bildirib.
“İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələni də çox diqqətlə düşünməliyik”, - deyə o, bəyan edib.
Eyni zamanda, nazir xatırladıb ki, əvvəllər belə bir ssenariyə Netanyahunun baş nazir olduğu illərdə də baxılıb, lakin sonradan zərbə endirməmək qərara alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər