Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru TÜRKSOY-da olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru TÜRKSOY-da olub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Ankaraya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) olub.
C.Cəfərov TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı ilə görüşüb. Görüşdə rektora TÜRKSOY-un gördüyü işlər haqqında məlumat verilib.
C.Cəfərov bildirib ki, ötən il 100 illik yubileyini qeyd edən və bu günə kimi 160 mindən çox məzunu olan ADPU ilə türk dünyasının ilk beynəlxalq təşkilatı olan TÜRKSOY arasında möhkəm əməkdaşlıq əlaqələri yaradılıb. O, bu əməkdaşlığa mühüm töhfə kimi Azərbaycanda ilk dəfə və yalnız Pedaqoji Universitetdə açılan TÜRKSOY Mərkəzinin əhəmiyyətini vurğulayıb.
E.Qafarlı təşkilatın Azərbaycanla bağlı fəaliyyətlərində ADPU-nun TÜRKSOY Mərkəzinin mühüm rolunu qeyd edib. Mərkəzin fəaliyyətə başladığı 2017-ci ildən indiyədək bir çox uğurlu işlər həyata keçirdiyini bildirən E.Qafarlı qarşıdakı dövrdə bu əməkdaşlığın daha da genişlənəcəyini vurğulayıb. O qeyd edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi, TÜRKSOY-un 30 illiyi və Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə bağlı ortaq layihələr həyata keçiriləcək.
Görüşdə hər iki qurumun nəşr etdiyi yeni əsərlər tərəflərə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər