Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Pedaqoji Universitetdə olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Pedaqoji Universitetdə olub Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıc Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub.
Görüşdə universitetin rektoru professor Cəfər Cəfərov qonağa rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib. Rektor, həmçinin universitetin ötən həftə qeyd olunan 100 illik yubileyindən söz açıb.
Görüşdə Türkiyə universitetləri ilə əlaqələrin əhəmiyyəti, cari vəziyyəti və əməkdaşlıq imkanlarından danışılıb, hər iki tərəfin maraqlı təklifləri və bir sıra layihələr müzakirə olunub.
Səlçuk Karakılıc ADPU-nun TÜRKSOY kafedrası və Türk araşdırmaları bölməsinin əməkdaşları ilə görüşərək bu strukturların geniş fəaliyyət istiqamətləri ilə tanış olub.

Tehsil-press.az



Oxşar xəbərlər