Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qazaxıstanın Ankaradakı səfirliyi və Türk Dil Qurumunun əməkdaşlığı çərçivəsində “Qazax dilinin dönüş nöqtəsi: Əhməd Baytursunoğlunun anadan olmasının 150 illiyi” adlı elmi toplantı keçirilib. Ölkəmizi toplantıda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı dosent Elçin İbrahimov təmsil edib.
E.İbrahimov elmi toplantıda “Qazax milli düşüncəsinin formalaşmasında Əhməd Baytursunoğlunun rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Əhməd Baytursunoğlunun həyat və yaradıcılığına nəzərə salıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, çar və sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərəkatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynadığını diqqətə çatdırıb.
Toplantıda E.İbrahimov TÜRKSOY tərəfindən türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara görə sertifikat və “Dyula Nemet-130” medalı ilə təltif olunub.
Tehsil-press.az