ADA Universiteti Beynəlxalq Müəssisələr və Qlobal Araşdırma platformaları ilə əməkdaşlığı genişləndirməkdədir. ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri şöbəsi tərəfindən təmsil olunaraq “JSTOR” şirkətinin Açıq İcma Kolleksiyaları layihəsinə qoşulub.
Açıq İcma Kolleksiyaları müəssisələrin öz rəqəmsal kolleksiyalarını “JSTOR” platformasında yerləşdirməsinə və paylaşmasına imkan verməklə unikal ilkin mənbə resurslarını dünya üzrə geniş tədqiqatçılar, akademik heyət və kitabxana istifadəçiləri şəbəkəsi üçün əlçatan edir. Bu, ADA Universitetinə öz xüsusi kolleksiyalarını təqdim etmək və Azərbaycanın mədəni və tarixi irsini bütün dünyada təbliğ etmək üçün mühüm imkan yaradır.
Açıq İcma Kolleksiyalarında təmsil olunmağın vacib üstünlüklərindən biri “OCLC WorldCat Discovery”, “ExLibris Primo/Summon” və “EBSCO Discovery Services” kimi tanınmış qlobal kitabxana informasiya mərkəzləri vasitəsilə əlçatan olmaqdır. Bu da öz növbəsində, təqdim olunan rəqəmsal kolleksiyanın “JSTOR” abunəliyi olmayan digər elmi müəssisələr üçün də əlçatanlığını təmin edir.
Hazırda “JSTOR” Açıq İcma Kolleksiyalarında ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-20-ci illəri əhatə edən transliterasiya edilmiş buraxılışlarının rəqəmsal nüsxələri mövcuddur.
Tehsil-press.az