BDU-da tədbir: Beynəlxalq nəşriyyatların resurslarından istifadə və innovativ xidmətlər

BDU-da tədbir: Beynəlxalq nəşriyyatların resurslarından istifadə və innovativ xidmətlər Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Beynəlxalq nəşriyyatların resurslarından istifadə və innovativ xidmətlər” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Elmi Kitabxananın direktoru Nigar İsmayılova rəhbəri olduğu qurumun fəaliyyətindən danışıb. O, 50 ilə yaxındır ki, Azərbaycan ali məktəb kitabxanaları üçün metodik mərkəz statusunu daşıyan BDU-nun Elmi Kitabxanasının əməkdaşlıq və metodik fəaliyyətinin yeni müstəvidə qurulmasının vacibliyini vurğulayıb.
“EİFL.net” üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova kitabxanaların beynəlxalq nəşriyyatların resurslarına abunəliyi işinin təşkili problemlərindən bəhs edərək, pandemiya dövründə onlayn innovativ xidmətlərdən daha geniş istifadə olunduğunu bildirib.
ADA Universitetinin kitabxana sistemləri üzrə mühəndisi İltifat İbrahimov isə “Kitabxana informasiya sistemləri və müasir texnologiyalar” mövzusunda məruzə edib.
Sonda beynəlxalq nəşriyyatlarla əməkdaşlıq etmək, onların yerli təmsilçiləri ilə birgə tədbirlər keçirmək, açıq resurslara girişi təmin etmək məsələləri müzakirə edilib.
Onlayn tədbirə ölkənin 30-dan çox ali təhsil müəssisəsinin kitabxana rəhbərləri və əməkdaşları qoşulub.

Tehsil-press.az

Oxşar xəbərlər