Azərbaycanda ailə bağçaları yaradılacaq

Azərbaycanda ailə bağçaları yaradılacaq Azərbaycanda yeni tip bağçalar - icma, ailə, bələdiyyə bağçaları yaradılacaq. Tehsil-press.az-ın məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub.
Layihəyə görə, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq.
Bununla yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Qeyd edək ki, hazırda Azərbaycanda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.
Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur.
Layihəyə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də daxil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər