Turizm və Menecment Universitetinin əməkdaşları Türkiyədə beynəlxalq konfransda iştirak ediblər

Turizm və Menecment Universitetinin əməkdaşları Türkiyədə beynəlxalq konfransda iştirak ediblər Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Gülgəz Məmmədova və Elnarə Qaraşova Türkiyədə “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həllər” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
“ANKOSLink 2021” açıq elm, açıq giriş, smart kitabxanalar, açıq məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik və COVID-19 sonrası kitabxana xidmətlərinin inkişafına yönələn beynəlxalq konfrans Türkiyənin Antalya şəhərində keçirilib.
Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə 10 nəfərlik qrup təmsil edib.
Qeyd edək ki, konfransa müxtəlif ölkələrdən 500-dən çox kitabxana- informasiya mütəxəssisi qatılıb.

Tehsil-press.az



Oxşar xəbərlər