Çinin Huçjou Pedaqoji Universitetinin kitabxanası, “Cinan” orta məktəbi, Huçjou şəhərinin digər qurumları və ayrı-ayrı şəxslərinin kitab kolleksiyasının Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutuna onlayn hədiyyə edilməsi mərasimi keçirilib.
2 mindən çox kitab və dövri nəşrin kolleksiyasında Çin klassiklərinin əsərləri, elmi, tədris və uşaq ədəbiyyatı, ensiklopediyalar, Çinin çoxəsrlik tarixini və mədəniyyətini, milli adət-ənənələrini, ölkənin müasir sosial-iqtisadi və siyasi inkişafını əks etdirən tematik məlumat kitabçaları yer alıb. Huçjou məktəblilərinin yüzdən çox rəsm və bədii açıqcalarının ADU-nun Konfutsi İnstitutuna təhvil verilməsi də xoş sürpriz olub.
Mərasimdə Çin tərəfdən “Cinan” məktəbinin direktoru Vu Fanq, Beynəlxalq Kollecin Partiya Komitəsinin katibi Zhang Dongfei, Pedaqoji Kollecin Beynəlxalq Əlaqələr Ofisinin nümayəndələri Fang Xi və Vu Haiyan iştirak ediblər. Mərasimdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jihua hədiyyəyə görə təşəkkür edib və bu kitabların Konfutsi İnstitutunun təhsil və mədəniyyət fəaliyyətinin inkişafı üçün dəyərli informasiya resursuna çevriləcəyinə əminliyini bildirib.
Azərbaycan tərəfdən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov da təhvil verilən nəşrlərin Konfutsi İnstitutunun kitabxanasının fondunu xeyli artıracağını qeyd edərək, bu hadisənin Azərbaycan-Çin humanitar əməkdaşlığının uğurlu inkişafının və tarixən Böyük İpək Yolu ilə bağlı olan iki xalq arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinə daha bir nümunə olduğunu vurğulayıb. O, həmçinin çinli həmkarlarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü. Prezident salnaməsi”, “İlham Əliyev - iki qədim xalq arasında dostluğun müasir davamçısı”, “Azərbaycanda Çin mədəniyyətinin ocağı”, “Azərbaycanın çinşünaslıq məktəbi” və s. kitabların göndəriləcəyini qeyd edib.
Tehsil-press.az