Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şərqi Çin Pedaqoji Universitetinin dəstəyi ilə Çin Beynəlxalq Təhsil Fondu tərəfindən təşkil olunan Konfutsi İnstitutlarının milli direktorları üçün beynəlxalq onlayn seminarda iştirak edib. Seminarın əsas məqsədi Konfutsi İnstitutlarının inkişaf perspektivlərini müzakirə etmək, həmçinin milli Konfutsi İnstitutlarının direktorları arasında təcrübə mübadiləsi aparmaq olub.
Seminarda iştirak edən Çin Təhsil Nazirliyi, Çin Beynəlxalq Təhsil Fondu, Çin Beynəlxalq Mübadilə Təhsil Birliyi, Şərqi Çin Normal Universiteti, Pekin Dillər və Mədəniyyət Universiteti, Çin dili Siyasəti və Standartları İnstitutu və Çin Rabitə Universitetinin məsul əməkdaşları və professorları, dünyada Konfutsi İnstitutlarının inkişafına, rəqəmsal təhsilə, Çin dilinin tədrisinin beynəlmiləlləşməsinə, milli mediada Konfutsi İnstitutlarının ictimai imicinin formalaşmasının xüsusiyyətlərinə, Çin dilinin tədrisi və ixtisas imtahanlarının keçirilməsi üçün yeni standartların tətbiqinə həsr olunan mühazirələr oxuyublar.
Bir həftə davam edən seminar çərçivəsində, Çin Konfutsi İnstitutları və Beynəlxalq Mübadilə üzrə Təhsil Birliyi arasında yeni əməkdaşlıq mexanizmləri və pandemiya şəraitində Konfutsi İnstitutlarının davamlı inkişafı mövzusunda sessiyalar da keçirilib.
Sessiyada Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın orta məktəblərində Çin dili və mədəniyyətinin tədrisi ilə bağlı təkliflər verib.
Tehsil-press.az