Azərbaycan Dövlət Pedaqoji və Türkiyənin Ted universitetləri arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Pedaqoji və Türkiyənin Ted universitetləri arasında memorandum imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ted Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, Ted Universitetini isə rektor professor İhsan Sabuncuoğlu, professor Kemal Levend Parnas və başqaları təmsil ediblər.
Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rektorlar C.Cəfərov və İ.Sabuncuoğlu universitetlər arasında əməkdaşlığa dair memorandum imzalayıblar.
Sonra rektor C.Cəfərov Ted Universitetinin nümayəndə heyətini universitetlə tanış edib.

Tehsil-press.az


Oxşar xəbərlər