Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obid Şəfiyevin rəhbərliyi ilə doktorantura, magistratura və bakalavr pilləsində təhsil alan tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Nümayəndə heyəti beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova ilə görüşüblər. Görüşün əsas məqsədi Özbəkistan və Azərbaycanın ali təhsil sistemində təcrübə mübadiləsi aparmaq, elmi əlaqələr qurmaq, tələbə həyatı ilə yaxından tanış olmaqdır.
Görüşdə türkdilli dövlətlərin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra qonaqlar ADPU-nun binası, kitabxanası və dərs auditoriyaları ilə tanış olublar.
Qeyd edək ki, səfər çərçivəsində Termiz Dövlət Universitetinin nümayəndələri ADPU-nun Quba filialına da gedəcəklər.
Tehsil-press.az