ADPU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ADPU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji İnstitutunun nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı rektor Cəfər Cəfərov və prorektor Fikrət Rzayev qonaqlara ADPU-nun fəaliyyəti barədə məlumat veriblər. Qlazov Dövlət Pedaqoji İnstitutunun rektoru Yanina Aleksandrovna Çiqovskaya-Nazarova isə rəhbərlik etdiyi ali məktəbin təhsil proqramları, fəaliyyəti, nailiyyət və problemləri barədə danışıb.
Görüş çərçivəsində ADPU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında birgə onlayn konfransların, yay məktəblərinin və tədris proqramlarının təşkili, məqalələrin elmi jurnallarda qarşılıqlı dərc edilməsi kimi əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda ali təhsil müəssisələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər