Azərbaycan Dövlət Rəssamlıq Akademiyası beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Latviya Rəssamlıq Akademiyasının Tekstil departamentinin rəhbəri Eva Krumina ilə görüş keçirilib.
Görüş zamanı ADRA-nın uzun illərdən bəri Latviya Rəssamlıq Akademiyası ilə əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, görüşün məqsədi bu əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Görüşdə Latviyanın ölkəmizdəki səfirliyinin nümayəndəsi də iştirak edib.
Sonra akademiyanın bir qrup tələbəsinə ustad dərsləri keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər