Kanada Belarus rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək

Kanada Belarus rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək Kanada Belarus hökumət rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Bu qərar hökumət üzvlərinin Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiklərinə görə qəbul edilib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, əlavə olaraq 22 Belarus rəsmisinə, habelə hərbi istehsal, texnologiya, mühəndislik, bank işi və dəmiryolu daşımaları ilə məşğul olan 16 Belarus şirkətinə qarşı sanksiyalar tətbiq ediləcək.
Nazirlikdən qeyd edilib ki, bu məmurlar arasında “Ukrayna müharibəsində iştirak edən Rusiya hərbi qulluqçularının və texnikasının yerləşdirilməsi və daşınmasında iştirak edənlər” var.

Tehsil-press.az


Oxşar xəbərlər