Suriya sərhədləri ilə bağlı verdiyimiz sözlərə sadiq qaldıq. Lakin qarşımızdakı tərəflər əldə olunan razılaşmanı yerinə yetirmirsə başımızın çarəsini qılmağa haqqımız yaranır.
Bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri, Prezident Rəcəb Tayyib Ərdoğan AK Partinin Türkiyə Böyük Millət Məclisindəki deputat qrup toplantısındakı çıxışında ifadə edib.
Türkiyənin təhlükəsizliyini pozmağa çalışan terror hədəflərinə qarşı aviasiya, silahlı pilotsuz uçuş aparatları, eləcə də toplardan zərbələr endirildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, bizim üçün ən uyğun olan vaxtda terrorçuların təpəsinə qurudan da zərbə vuracağıq.
Xatırladaq ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən noyabrın 21-də Türkiyə ərazisinə atılan 5 raket nəticəsində 3 nəfərin həyatına son qoyulub, 8 nəfər yaralanıb. Ölənlərdən biri müəllim, ikisi şagird olub. Terrorçuların məktəb binasını hədəf alması insan tələfatını artırmaq məqsədi daşıyıb.
Tehsil-press.az