Türkiyənin təhsil qurumu ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Türkiyənin təhsil qurumu ilə əməkdaşlıq məsələləri müzakirə edilib Azərbaycanın elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Türkiyə Təhsil Dərnəyinin (Türkiye Eğitim Derneği-TED) baş direktoru Səlcuq Pəhlivanoğlu ilə Ankarada görüşüb.
Görüşdə hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, müəllimlərin və təhsil idarəçilərinin peşəkar inkişafı, təcrübə mübadiləsi proqramları, sosial məsuliyyət layihələri və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, TED Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyniadlı universiteti, Ali Təhsil Fondu, tedmem düşüncə qurumu, simfonik orkestri və digər quruluşları ilə fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər