Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca ilə görüşüb.
Görüş Bakı Ali Neft Məktəbinin nümayəndə heyətinin iştirak etdiyi Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş “Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti” çərçivəsində baş tutub.
Görüş zamanı BANM ilə İTU arasında tədris və elmi tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Eyni zamanda, kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi, professor müəllim heyəti və tələbə mübadiləsi, o cümlədən SOCAR Türkiyə Enerji A.Ş., BANM və İTU arasında birgə innovasiya layihəsinin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün davamı olaraq İTU-nun rektoru Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 5-6-da BANM-ə gəlməsi və razılaşdırılmış məsələlərlə bağlı müvafiq müqavilələrin imzalanması qərara alınıb.
Görüşdə SOCAR Türkiyə Enerji A.Ş-nin baş direktoru Zaur Qəhrəmanov da iştirak edib.
Məlumat üçün bildirək ki, İstanbul Texnik Universiteti mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.
Tehsil-press.az