Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu “Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri” mövzusunda dəyirmi masa keçirib.
İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib. Qeyd olunub ki, fondun fəaliyyətləri təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, ictimai və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və təhsilin inkişafını təsdiq edən mexanizmlərin hazırlanmasından ibarətdir.
Elnur Nəsibov, həmçinin Təhsilin İnkişafı Fondunun fəaliyyətinin yalnız ali və orta ixtisas təhsili deyil, peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhatə edəcəyini bildirib.
Təhsilin İnkişafı Fondunun sədri rektorlarla müzakirələr nəticəsində ali təhsil üzrə 5 strateji fəaliyyət istiqamətinin, o cümlədən akademik mobillik proqramlarının icrası, ali məktəblərin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək olaraq müəyyən edildiyini deyib.
Yekunda, Fondun İdarə Heyətinin sədri universitetlər arasında tərəfdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə məsul şəxsin təyin olunmasını xahiş edib və yeni tədris ilində ali təhsil müəssisələri rəhbərlərinə uğurlar arzulayıb.
Tehsil-press.az