Meksika həbsxanasında üsyan: Mühafizəçilər girov götürüldülər

Meksika həbsxanasında üsyan: Mühafizəçilər girov götürüldülər Çərşənbə günü bir qrup məhbus Meksikanın şimalındakı Aşağı Kaliforniya ştatının Tixuana şəhərindəki La Mesa həbsxanasında iğtişaş törədib və üç mühafizəçini girov götürüb.
Cəzaçəkmə müəssisəsinə quru qoşunlarının bölmələri, dəniz piyadaları, eləcə də polis gəlib. Həbsxananın ətrafı mühasirəyə alınıb.
Bölgənin hakimiyyət orqanları iğtişaşlar barədə məlumatı hələlik təsdiqləməyib, ölən və yaralananlar barədə məlumat yoxdur.

Tehsil-press.az




Oxşar xəbərlər