“30-dan çox adamın ölüm cəzasına imza atmışam” - Əfsanəvi istintaqçı

“30-dan çox adamın ölüm cəzasına imza atmışam” - Əfsanəvi istintaqçı İkram Kərimov həm müstəntiq, həm prokuror, həm hakim, həm də vəkil kimi fəaliyyət göstərmiş nadir hüquqşünaslardandır. Hazırda Vəkillər Kollegiyasının üzvü olan və bu yaxınlarda 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilən qocaman istintaqçı ilə görüşüb onun həyat yolunun bir hissəsinə nəzər salaq.
İkram Kərimov sovet illərində Azərbaycanda böyük rezonansa səbəb olan ağır cinayətlərin açılmasında müstəsna rol oynayıb. Onun istintaq etdiyi işlərlə bağlı təcrübələr bir sıra dünya ölkələrində tədris edilməkdədir.
Qısa arayış:
Əməkdar hüquqşünas İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.



Tehsil-press.az

Oxşar xəbərlər