Türkiyənin Antalya şəhərinin 3 rayonunda təhsil 1 günlük dayandırılıb.
Buna səbəb Antalyanın Manavqat, Serik və İbradı bölgələrində intensiv leysan yağışlarının yağmasıdır.
Vətəndaşlara daha çox zərər gəlməməsi üçün həmin ərazilərdə məktəblər 1 günlük bağlanılıb.
2 gündür, fasilələrlə davam edən leysan səbəbiylə daşan dərələr şəhər mərkəzinə çatıb və daşqınlara səbəb olub.
Həmçinin, Antalyanın Finike və Kumluca ərazilərini də su basıb.
Qeyd edək ki, rəsmilər vətəndaşlara tez-tez evdə qalmaları barədə xəbərdarlıq edib.
Tehsil-press.az