ADA Universiteti ilə “Azərsu” ASC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumu ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov imzalayıblar. Sənədin əsas strateji istiqamətlərini tərəflər arasında bilik və təcrübə mübadiləsinin aparılması və prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir.
Sənədə əsasən, tələbələr üçün təcrübə proqramları və müsabiqələr təşkil ediləcək, habelə onların iş prosesi ilə yaxından tanış olmaları üçün Cəmiyyətin ofisinə infoturlar həyata keçiriləcək. Həmçinin ADA Universitetində təhsil alan gənclərin strateji sahələr üzrə sertifikasiya və digər məsələlərdə “Azərsu” ASC tərəfindən dəstək göstəriləcək.
ADA Universiteti isə “Azərsu” ASC-ni akademik araşdırma və elmi tövsiyələrlə təmin edəcək, Cəmiyyətin əməkdaşlarının peşəkar inkişafını dəstəkləyəcək. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi məqsədilə onların qonaq çıxışçı qismində ADA Universitetində keçirilən tədbirlərdə iştirakı təmin ediləcək.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov qeyd edib ki, Memorandum prioritet istiqamətləri üzrə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, əməkdaşların bilik və təcrübələrinin artırılmasına, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə imkan verəcək. Eyni zamanda içməli su sektorunda icra olunan yeni layihələr, qlobal iqlim dəyişmələri fonunda içməli sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərində ADA Universitetinin əməkdaşları və tələbələrinin fəal iştirakı da nəzərdə tutulur.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Universitetin milli kadr potensialının inkişafına göstərdiyi dəstəkdən və sözügedən qurumlar arasındakı əməkdaşlığın vacibliyindən bəhs edərkən bildirib:
"ADA Universiteti və “Azərsu” ASC-nin sosial layihələrin icrasında, birgə elmi araşdırmaların aparılmasında və maarifləndirici tədbirlərin təşkilindəki əməkdaşlığı yalnız sənədi imzalayan tərəflər üçün deyil, ümumilikdə, cəmiyyətimiz üçün faydalı olacaq”.
Tehsil-press.az