Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AMEA-nın Coğrafiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Mərasimdə AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Respublika Seysmoloji Xidmət Mərkəzinin sədri Qurban Yetirmişli iştirak edib.
Qonaqları salamlayan universitetin rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, son illər rəhbərlik etdiyi universitetlə sözügedən qurumlar arasında işgüzar əlaqələr mövcuddur. Rektor bu əlaqələrin uğurlu nəticəsi olan Əməkdaşlıq Memorandumunun hər bir tərəf üçün geniş imkanlar açacağına ümidvar olduğunu qeyd edib.
O, Memorandum çərçivəsində birlikdə müxtəlif layihələrin, tədbirlərin, konfrans və forumların keçirilməsi ilə yanaşı, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulmasının nəzərdə tutulduğunu vurğulayıb:“Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə də töhfə verəcək”.
İmzalama mərasimində çıxış edən qonaqlar, universitetin əməkdaşları da birgə işbirliyinin mütəxəssis hazırlığına, universitet tələbələrinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirak edərək yetişəcəyinə, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin ediləcəyinə dəstək olacağını vurğulayıblar.
Daha sonra ikitərəfli əməkdaşlığa dair Memorandum imzalanıb.
Tehsil-press.az