ADA Universiteti və “PAŞA Həyat Sığorta” ASC arasında əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair memorandum imzalanıb.
Memorandum təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Bundan əlavə, şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət kateqoriyaları üzrə bilik və bacarığa malik və müvafiq tələbləri qarşılayan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi və şirkət əməkdaşlarının ADA Universitetində təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi də faydalı əməkdaşlığa töhfə verəcək.
Əməkdaşlıq sazişini “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar. Sözügedən əməkdaşlıq 5 illik müddəti əhatə edəcək.
“Qabaqcıl şirkətlərlə əməkdaşlıq münasibətlərini daim genişləndirən ADA Universiteti bu təşəbbüslə yeni bir məhsuldar əməkdaşlığa start verdi. Azərbaycanın sağlam gələcəyi naminə yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün “PAŞA Həyat Sığorta” ilə imzaladığımız əməkdaşlıq memorandumu bu istiqamətdəki fəaliyyətimizi sürətləndirəcək”, – deyə icraçı prorektor Fariz İsmayılzadə bildirib.
“PAŞA Holdinq ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Holdinq müasir idarəetmə prinsiplərini rəhbər tutaraq “Agile” metodologiyasını təbliğ edir.
Sürətli şəkildə inkişaf edən şirkət olaraq deyə bilərəm ki, xüsusi kadrlara mütəmadi ehtiyac yaranır. Bu səbəbdən də düşünürük ki, məhz ADA Universitetinin tələbələri bu ehtiyacı qarşılaya biləcək. Potensial kadrları üzə çıxararaq yerli bazara və ölkə iqtisadiyyatına töhfə verə biləcəyik”, – deyə Niyaz İsmayılov vurğulayıb.
Qeyd edək ki, ADA Universiteti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə təsis edilib. Ölkəmizin təhsil mühitinə gətirdiyi yenilikçi yanaşması ilə fərqlənən bu universitet İctimai və beynəlxalq münasibətlər, Biznes, İnformasiya texnologiyaları və mühəndislik, eləcə də Təhsil fakültələrini təqdim etməklə bu sahədə gənc peşəkarlar yetişdirir.
Əlavə olaraq bildirək ki, “PAŞA Həyat Sığorta” ASC bütün fəaliyyət dövrü ərzində korporativ sosial məsuliyyətə önəm verib. Müxtəlif layihələr reallaşdıran şirkət təhsil sahəsinə xüsusi diqqət ayırır.
Tehsil-press.az