Bu il öldürülən jurnalistlərin sayı ötən illə müqayisədə 45 faiz artıb

Bu il öldürülən jurnalistlərin sayı ötən illə müqayisədə 45 faiz artıb Bu il dünyada öldürülən jurnalistlərin sayının 2021-ci illə müqayisədə 45 faiz artdığı açıqlanıb. Cari ildə 29 ölkədən 115 media işçisi həlak olub. Ötən il isə bu rəqəm 79 idi. 2022-ci il Latın Amerikasında 39, Avropada 37, Asiyada 30, Afrikada 7, Şimali Amerikada 2 media işçisi öldürülüb.
Bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı "Press Emblem Campaign" (PEC) hesabat yayıb. Hesabatda Ukrayna-Rusiya müharibəsinin sarsıdıcı təsirlərinin bu il jurnalistlərə daha çox mənfi təsir etdiyi bildirilib. Fevralın 24-də Ukraynada başlayan müharibədə 34 media işçisi həyatını itirib.
Bu il ölənlərin sayının 2018-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər