Hər dəqiqədə 11 insan acından ölür

Hər dəqiqədə 11 insan acından ölür Bu gün yaşadığımız dünyanın ən böyük problemlərdən biri də aclıqdır. Hazırda dünyanın 43 ölkəsində 45 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir. Afrika, Latın Amerikası, Asiya və Yaxın Şərqdə aclığın qaynar nöqtələrində olan uşaqlar hələ də, hər gün hardansa yemək gələcək xəyalları ilə yaşayırlar. Milyonlarla insan aclığın pik həddini yaşayır və sağ qalmaq üçün təcili yeməyə ehtiyac duyurlar. Nəzərdə tutulan 2030-cu ilə qədər bir çox dünya ölkələri aclığı məğlub etmək haqqında xüsusi layihələr hazırlasalar da, aclığa səbəb olan digər olan şərtlər, o cümlədən münaqişə, COVID-19 və iqlim dəyişikliyi səbəbindən ciddi işlər görülə bilməyib. Aclıq təhlükəsi dünyada 45 milyondan çox insana təsir edir və aclıq böhranı sürətlə böyüyür. Ən pisi isə odur ki, uşaqların uzunmüddətli fiziki sağlamlığı və zehni inkişafı ehtiyac duyduqları həyati qidaları almadıqda zədələnir. Hesablamalara görə dünyada hər dəqiqədə 11 insan aclıqdan ölür. Əlavə olaraq hər keçən gün qiymətlərin qalxması bütün qlobal ərzaq sistemini həlledilməz fəlakətə gətirib çıxarır. Hazırda Rusiya və Ukraynadakı müharibə vəziyyəti uzun illər aclıqla mübarizə aparan ölkələrə gözlənildiyindən daha çox təsir edir. Ukrayna və Rusiya qlobal ərzaq bazarında mühüm oyunçulardır. Çünki aclıq səviyyəsi yüksək olan bəzi ölkələr buğdalarının əhəmiyyətli bir hissəsini Ukrayna və ya Rusiyadan idxal edirdilər.Dünya bu gün misli görünməmiş aclıq böhranına doğru hərəkətdədir. Bu gün aclığa əsas səbəb bərabərsizlikdir. Bu problemlərin həlli üçün istehsalı artırmaq, bütün münaqişələrə son qoymaq, sülh şəraitində yaşamaq, dini və irqi ayrıseçkiliyi aradan qaldırmaq kimi məsələlər çıxış yolu ola bilər. Əks halda yaşadığımız dünyanı itirəcəyik.

Tehsil-press.az

Oxşar xəbərlər