12 milyondan çox suriyalı aclıq həddinə çatıb.
Bu barədə BMT Xəbər Mərkəzi Dünya Qida Proqramına (WFP) istinadən məlumat verib.
“Bir çox suriyalı yoxsullaşıb. Onlardan 12 milyondan çoxu aclıq həddinə çatıb, bu isə bütün Suriya əhalisinin 60 faizi deməkdir. Ölkədə bir ay üçün minimum ərzaq məhsulları paketinin qiyməti orta əmək haqqını aşır”,- deyə məlumatda vurğulanıb.
Açıqlamada qeyd olunub ki, iqtisadi böhran və qida qiymətlərinin sürətlə artması ilə pandemiyanın da davam etdiyi Suriyada fəlakətli vəziyyət yaşanır: “Vəziyyət heç vaxt bu qədər çətin olmamışdı. Təxminən on illik qarşıdurmadan sonra bütün əmanətlərini tükətmiş suriyalı ailələr artan iqtisadi böhranla qarşılaşırlar”.
Tehsil-press.az