Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının ölkəmizdə səfərdə olan şagird və müəllim heyətinin iştirak etdiyi STEAM yönümlü təlimlərin gedişatı ilə tanış olub.
Təlimlər çərçivəsində Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyətinə STEAM təhsili haqqında baza informasiya, layihənin əsas hissəsi olan fənlərin inteqrasiyası öyrədilir. Həmçinin iştirakçılar problem və layihə əsaslı öyrənmə (PBL), 3D modelləşdirmə, mikrobit sisteminə uyğun olaraq kodlaşdırma haqqında biliklər əldə edirlər.
Azərbaycanla Qırğızıstan arasında STEAM çərçivəsində mövcud əməkdaşlığı yüksək qiymətləndirən Emin Əmrullayev bu əməkdaşlığın gələcəkdə davamlı olmasını arzulayıb, iştirakçılara uğurlar diləyib.
Sonra fikirlərini bölüşən iştirakçılar dünyada aktual və müasir olan STEAM layihəsini Azərbaycanda öyrənməkdən məmnun olduqlarını dilə gətiriblər. Ölkəmizin STEAM təcrübəsindən yararlanan nümayəndə heyəti öz ölkələrində burada qazandıqları təcrübəni tətbiq etməyə maraqlı olduqlarını da diqqətə çatdırıblar.
Qeyd edək ki, Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının 49 nəfərdən ibarət şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.
Tehsil-press.az