Nazirlər STEAM festivalında “İnnovativ layihələr” sərgisi ilə tanış olublar

Nazirlər STEAM festivalında “İnnovativ layihələr” sərgisi ilə tanış olublar Elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Ekspo Mərkəzində olublar.
Qonaqlar Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2022) çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.
Xatırladaq ki, festival dekabrın 9-dək davam edəcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər