ADPU-da təlim: STEAM fənninin tədrisi

ADPU-da təlim: STEAM fənninin tədrisi Azərbaycan Dövlət İqtisad Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” mövzusunda ilk təlim keçirilib.
Təlimdə universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Cəlilova və STEAM Mərkəzinin əməkdaşları iştirak ediblər.
“STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda keçirilən təlimi ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva aparıb. İştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, mobil əsaslı öyrənmə (MBL), problemlə əsaslı öyrənmə (PrBL), sorğu əsaslı təlim (IBL), STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verilib.
Təlimdə ümumilikdə 34 nəfər olmaqla ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər