Prezident İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 20 aprel tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Dillər Universitetində (ADU) “Xalq ruhunun üçrəngli poeziyası” mövzusunda elmi seminar keçirilib.
Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimovanın moderatorluq etdiyi tədbirdə Əhməd Cavadın həyat və yaradıcılığından danışılıb, şeirləri təhlil edilib. Məruzəçilər çıxışlarında Əhməd Cavadın Azərbaycan və Türkiyə ədəbiyyatı tarixində rolundan, poeziyası ilə azadlıq uğrunda apardığı mübarizəsindən, müəllimlik fəaliyyətindən, xalq ruhunu oxşayan poetik fəlsəfəsindən bəhs ediblər.
Rektor məsləhətçisi Anar Osmanlı və Təhsil-2 fakültəsinin dekanı Salman Nuriyev şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tehsil-press.az