Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirilib.
Tədbirdə fakültənin tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin III kurs tələbəsi Elvin Vəliyev də iştirak edib. Tədbiri Azərbaycanın Dövlət Himni ilə açan tələbələr müxtəlif şeir, mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Tələbələr, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəalları və xalqımız üçün rolundan bəhs ediblər.
Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil-1 və Təhsil-2 fakültələrinin dekanları Fikrət Cahangirov və Salman Nuriyev, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova, həmin kafedranın professor və müəllimləri iştirak ediblər.
Tehsil-press.az