Bu gün dünya dövlətlərinin Azərbaycana marağı durmadan artır. Xüsusən də Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış iqtisadi – siyasi böhran, enerji çatışmazlığı fonunda. Serbiya dövləti də Azərbaycanı həmişə özünə dost ölkə sayan dövlətlərdəndir. Məlumdur ki, cari ilin 21 dekabr tarixində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfərə gəldi. Ölkə başçısı cənab İlham Əliyev ilə təkbətək görüşündən sonra hər iki prezident mətbuata bəyanat verdi. İlham Əliyev çıxışı zamanı bildirdi ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir- biri ilə sıx əlaqədə olan ölkələrdir. Bu da əlbəttə ki, ölkələrimiz arasında əlaqələri daha da genişləndirməyə imkanlar açır.
Ölkələrimiz arasında əlaqələrin müsbət dinamikası çox yüksəkdir. Prezident İlham Əliyev qeyd etdi ki, ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.
Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar və bu tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Amma çox təəssüf ki, beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri isə bütün ölkələr üçün əsas olmalıdır.
Ticarət, energetika, logistika, eyni zamanda nəqliyyat sahələrində aparılan əməkdaşlıq sayəsində müsbət nəticələr gözlənilir.
Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Eləcə də Energetika sektoru sahəsində inkişaf daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün imzalanmış müvafiq saziş, Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Bəyanatda həmçinin qeyd olunur ki, müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuş İkitərəfli əlaqələr Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirlər söyləməyə imkan verir.

Nəzakət Əsgərova
Əməkdar müəllim,
Humanitar fənlər təmayüllü
məktəb-liseyin direktoru
Əməkdar müəllim,
Humanitar fənlər təmayüllü
məktəb-liseyin direktoru