Elitar gimnaziyada şəhid Namiq Quliyevin adına sinif otağı açılıb

Elitar gimnaziyada şəhid Namiq Quliyevin adına sinif otağı açılıb Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elitar gimnaziyada şəhid Namiq Quliyevin adına sinif otağı yaradılıb.
Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Açılış mərasimində Vətənin azadlığı uğrunda şəhid olmuş igidlərimizin xatirəsi dərin hörmət və sonsuz ehtiramla yad edilib.
Gimnaziyanın direktoru Səadət Cahandarova çıxış edərək şəhidlərin qürur yeri, fəxrimiz olduğunu deyib. Bildirib ki, gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək borcumuzdur.

Tehsil-press.az


Oxşar xəbərlər