Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Türkiyə Dostluq Mərkəzi fəaliyyətini genişləndirir.
Universitetdə iki sinif otağı və mühazirə zalına Türkiyədə 2016-cı ilin 15 iyul hadisələri zamanı şəhid olan professor İlhan Varank və Erol Olçokun adları verilib. Sinif otağı və mühazirə zalı müasir avadanlıqla təchiz edilib. Burada Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər, görüşlər, ustad dərsləri keçirilir, təcrübə mübadiləsi aparılır. Azərbaycan-Türkiyə Dostluq Mərkəzi təhsilin inkişafına da öz töhfələrini verir. Azərbaycan və Türkiyə qardaşlığı əbədidir.
ADNSU hazırda Türkiyənin Ankara, İstanbul, İzmir və digər şəhərlərində fəaliyyət göstərən onlarca universitet ilə geniş əməkdaşlıq əlaqələri qurub. Qardaş ölkənin ali təhsil müəssisələri ilə birgə elmi layihələr, konfranslar, seminarlar, tələbə, müəllim mübadiləsi, yüksək potensiallı mütəxəssislərin hazırlanması üçün təhsil və texnologiya sahələrində innovasiya fəaliyyəti həyata keçirilir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ADNSU-nun 23 tələbəsi şəhidlik zirvəsinə ucalıb. Universitetdə şəhid adları verilən auditoriyalar açılır. Vətən müharibəsində həyatını itirən ADNSU-nun şəhid tələbələrinin adları da sinif otaqlarına verilir.
Tehsil-press.az