Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin ən yaxşı müəllimi” müsabiqəsi çərçivəsində seçilən tələbələr müəyyən mövzu üzrə apardıqları tədqiqat və araşdırmalar əsasında ekspert müəllimlər önündə təqdimat ediblər. Onlar həmin mövzuların tədrisi metodikalarını nümayiş etdiriblər.
Riyaziyyat fakültəsi üzrə Mələkxanım Babayeva, İbtidai təhsil fakültəsi Xəyalə Əliyeva, “SABAH” qrupları üzrə Xədicə Mehdizadə münsiflər heyətinin qərarı ilə qalib seçilərək diplomlarla təltif olunublar.
Layihə Pedaqoji Universitetin digər fakültələrində davam edir.
Müsabiqənin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin stimullaşdırılması, onların peşəkarlığının artırılmasına əlavə dəstək verməkdir.
Tehsil-press.az