Pedaqoji Universitet Qazaxıstanda beynəlxalq tərəfdaşlıq proqramında iştirak edir

Pedaqoji Universitet Qazaxıstanda beynəlxalq tərəfdaşlıq proqramında iştirak edir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Müsəlman dünyası ilə ali təhsil dialoqu” proqramı çərçivəsində Qazaxıstan Milli Pedaqoji Universiteti ilə “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə” adlı layihədə tərəfdaşlıq edir.
Layihə çərçivəsində universitetin nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində səfərdədir.
Oktyabrın 13-dək davam edəcək konfransda ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, mərkəzin müəllimləri Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantı Gülnar Mirhüseynova, Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova, İbtidai təhsil fakültəsinin tələbəsi Səbinə Tağıyeva iştirak edirlər. Təmsilçilər beynəlmiləlləşmə, beynəlxalq təhsil mövzularında keçirilən seminarlarda iştirak edir və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparırlar.
Qeyd edək ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilən layihə Almaniyanın Fridrix Aleksandr Universiteti, Qazaxıstan Milli Pedaqoji Universiteti və ADPU arasında elmi-mədəni dialoq xarakteri daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər