ADA Universiteti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Natiqlik müsabiqəsi keçirilib

ADA Universiteti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Natiqlik müsabiqəsi keçirilib ADA Universiteti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Nizami Gəncəvi kamilliyi: Keçmişlə gələcək arasında körpü” mövzusunda Natiqlik müsabiqəsi keçirilib.
Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi çərçivəsində təşkil edilən müsabiqənin əsas məqsədi gəncləri dahi şairin müdrik və bəşəri təfəkkürə malik ədəbi-mədəni irsini daha dərindən öyrənməyə təşviq etməkdir.
Tədbirdə iştirak edən 9 nəfər ADA tələbəsi seçdikləri mövzu üzrə çıxış hazırlayaraq öz nitq bacarıqlarını nümayiş etdiriblər.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, Kembric Universitetinin Asiya və Yaxın Şərq Araşdırmaları fakültəsinin Fars Tədqiqatları Mərkəzinin baş müəllimi Kristin van Ruymbeke və Bakalavr üzrə Tələbə Hökumətinin prezidenti Əsnayə Zeynallıdan ibarət münsiflər heyəti tələbələrin çıxışlarını müxtəlif kriteriyalar üzrə qiymətləndiriblər.
Müsabiqənin nəticələrinə görə, dövlət idarəetməsi ixtisasının tələbəsi Nərmin Çingizi I yerə, informasiya texnologiyaları ixtisasının tələbəsi Nərgiz Heybətova II yerə, İctimai və beynəlxalq münasibətlər fakültəsində təhsil alan Rufina Məmmədova III yerə layiq görülüblər.
Tədbirin sonunda qaliblər mükafatlandırılıblar. Qaliblərlə yanaşı, müsabiqədə natiqlik istedadını sərgiləyən tələbələr də sertifikat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təqdim etdiyi hədiyyəni əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər