“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb. Bu barədə “SABAH” Mərkəzinin rəhbəri Aynur Budaqova məlumat verib.
O, bildirib ki, layihə üç qrupun birgə fəaliyyəti üzrə təşkil olunub:
“Bu layihədə “Onların da öyrənməyə haqqı var” deyərək, yola çıxdıq. Gələcəyin müəllimləri həftədə iki dəfə olmaqla “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında tənha qadınların uşaqlarına ingilis dili üzrə dərslər keçdi. Bu, həm bizim həyatımızda təcrübə olaraq iz qoyacaq, həm də uşaqların ingilis dili üzrə müəyyən biliklərə yiyələnməklərinə şərait yaradacaq. Ümid edirik ki, layihəmiz uğurlu alınacaq və bu kimi başqa layihələrin də baş tutmasına səbəb olacaq. Bu cür layihəni həyata keçirməkdə bizə şərait yaradan bütün “SABAH” rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

ADU-nun Mətbuat Xidməti