
Sənədə əsasən dekabrın 20-də ölkədə gündəlik yoluxma halları təxminən 37 milyon nəfər təşkil edib. Bu ay Pekinin və ölkənin mərkəzində yerləşən Sıçuan əyalətinin əhalisinin yarısı, həmçinin Hubey, Henan, Hunan, Anhoy və Qansu əyalətlərinin sakinlərinin 20-50 faizi COVID-19 infeksiyasına yoluxub.
Nəşr qeyd edir ki, bu göstəricilər komitə iclasının rəsmi hesabatında öz əksini tapmır və internetdə yerləşdirilən sənədlərin doğruluğunu yoxlamaq mümkün deyil.
Noyabrın əvvəlindən başlayaraq Çində koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilir. Yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir. Noyabrın sonlarında COVID-19 infeksiyasına qarşı mübarizəni optimallaşdırmağa çağıran nümayişlərdən sonra ölkənin hakimiyyət orqanları bir çox məhdudiyyətləri yumşaltmağa məcbur olub.
Tehsil-press.az