AzMİU növbəti dəfə beynəlxalq reytinq bazasına daxil edilib

AzMİU növbəti dəfə beynəlxalq reytinq bazasına daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il altıncı dəfə “UI Green Metric World University” beynəlxalq reytinq bazasının “Ekoloji cəhətdən dünyanın ən dayanıqlı universitetləri” siyahısına daxil edilib.
“UI Green Metric World University” reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. Bu il AzMİU dünya üzrə 625-ci yerdə, ölkə üzrə 2-ci yerdə qərarlaşıb.
Reytinqdə istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda, reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.
“UI Green Metric World University Ranking” ekologiya sahəsində yeganə beynəlxalq reytinq nəşridir və onun məqsədi ətraf mühit problemlərinin həllinə kömək etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər