Çexlər Ukrayna üçün 3,7 milyon avro topladı

Çexlər Ukrayna üçün 3,7 milyon avro topladı Çexiya xalqı Ukraynaya bağışlanmaq üçün 15 mobil zenit kompleksinin alınması üçün lazımi vəsait toplayıb.
Bu haqda Praqa Beynəlxalq Radiosu məlumat yayıb.
Bildirilib ki, iş adamı Dalibor Dedekin may ayında “Putinə hədiyyə” adı altında başlatdığı kampaniya çərçivəsində 3,7 milyon avro toplanıb.
Belə ki, yığılan pulla Ukrayna üçün 15 Çexiya istehsalı olan “Viktor” zenit kompleksi alınacaq.
Qeyd edək ki, Çexiya Müdafiə Nazirliyinin xüsusilə, pilotsuz uçuş aparatlarına (PUA) qarşı təsirli olan zenit silahlarının 2023-cü ilin fevral ayında Ukraynaya çatdırılması gözlənilir.

Tehsil-press.az




Oxşar xəbərlər