İnzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 15-də keçiriləcək dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat davam edir.
İnzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat yanvarın 12-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 28 (AB - 1, AC - 27) nəfər qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Tehsil-press.az