Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə Ukraynada sabah saat 12:00-dan etibarən 36 saatlıq atəşkəs tətbiq edilməsi əmri ilə bağlı qiymətləndirmələr edib.
“Putin sülh istəsəydi, əsgərlərini vətənə gətirərdi və müharibə bitərdi. Amma deyəsən, qısa fasilədən sonra müharibəni davam etdirmək istəyir. Atəşkəs deyilən razılaşma Rusiya işğalı altında hər gün qorxu içində yaşayan insanlara nə azadlıq, nə də təhlükəsizlik gətirir. Ona görə də yenidən sülh içində və öz müqəddəratını təyinedərək yaşaya bilmələri üçün biz ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - nazir qeyd edib.
Tehsil-press.az