Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Prezidenti Vladimir Putinin atəşkəslə bağlı qərarına münasibət bildirib.
“Ukrayna Prezidenti Volodimir Zelenski aydın on addımlıq sülh formulu təklif etdi. Rusiyanın hazırkı “birtərəfli atəşkəs”i ciddi qəbul edilə bilməz və ciddi qəbul edilməməlidir”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb. Belə ki, atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək davam edəcək.
Tehsil-press.az